Yuxarı

Kənd təsərrüfatı naziri Qusarda vətəndaş qəbulu keçirəcək

İyulun 24-də saat 11:00-da baş tutacaq qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edəcəklər

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 24-də saat 11:00-da Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi