Kənd təsərrüfatı naziri pambıqçılarla görüşüb

Kənd təsərrüfatı naziri pambıqçılarla görüşüb Bakı. 11 may. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb.
ASK
11 May , 2018 09:41
Kənd təsərrüfatı naziri pambıqçılarla görüşüb
agro.gov.az
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb. 

O, həmçinin pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.

Fermer və sahibkarlar da öz növbəsində rayonda pambıqçılığın inkişafı məqsədi ilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.

Sonda İ.Kərimov və fermerlər pambıqçılığın inkişafı üçün geniş fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi