Yuxarı

Kənd təsərrüfatı naziri ​IFC-nin nümayəndələri ilə görüşüb

Nazir qurumun Azərbaycanda həyata keçirdiyi layihəyə yeni subkomponentlərin əlavə olunmasını təklif edib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ilə görüşüb. 

"Report" nazirliyin məlumatına əsasən xəbər verir ki, görüşün məqsədi “Kənd təsərrüfatında dəyər zəncirləri boyunca tənzimlənmənin təkmilləşdirilməsi üzrə Layihə"nin fəaliyyət planı mövzusunda müzakirələrin aparılması olub.

Layihənin kənd təsərrüfatı üzrə eksperti Felitsia Prikop layihənin əsasən üç komponenti - keyfiyyətli toxumlara çıxış, aqrobiznes üzrə dəyər zəncirlərinin gücləndirilməsi və kənd təsərrüfatında nəzarət sisteminin müasirləşdirilməsi barədə geniş məlumat verib.

Görüşdə təqdim olunmuş layihə çərçivəsində hər bir komponent ayrı-ayrılıqda müzakirə olunub, nazir H.Əsədov layihənin səmərəliliyinin daha da artırılması məqsədilə layihəyə yeni subkomponentlərin əlavə olunmasını vacibliyini nəzərə çatdırıb, müvafiq məsləhət və tövsiyələrini verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi