Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov yanvar ayının 23-də Göyçay rayonunda bölgə vətəndaşları ilə görüşəcək.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, saat 11:00-da başlayacaq görüşdə Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (tel.: 055-736-65-05) və Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qaynar Xətti (16-52) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.