Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edəcək Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də, saat 11:00-da Bərdə rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
ASK
13 Noyabr , 2017 12:06
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də, saat 11:00-da Bərdə rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə iştirak etmək istəyənlər nazirliyə (tel.: (012) 493-51-64, (050) 352-06-27) və onun Bərdədəki bölməsinə (tel.: (050) 317-93-60) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin 1652 nömrəli Çağrı mərkəzi (1652) və [email protected] e-poçt ünvanı vasitəsilə də qeydiyyatdan keçmək olar.

Son xəbərlər

Orphus sistemi