Kənd təsərrüfatı məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb

Kənd təsərrüfatı məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb Bakı. 8 fevral. REPORT.AZ/ 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb.
ASK
8 Fevral , 2019 09:39
Kənd təsərrüfatı məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb

Bakı. 8 fevral. REPORT.AZ/ 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac” da dərc olunmuş məqaləsində qeyd olunub. S.İsmayılov bildirib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olub.

“Cənab Prezidentin qeyd etdiyi kimi, strateji sahə olan aqrar sahə həm iqtisadi, həm də sosial sahədir. Əhalinin 47 faizinin kənd yerlərində yaşadığı nəzərə alınaraq son illərdə bu sahəyə göstərilən diqqət xeyli artırılıb, bununla da əhalinin məşğulluq probleminin həllinə ciddi yardım göstərilib. Görülən tədbirlər nəticəsində Azərbaycan həm öz ərzaq təhlükəsizliyini təmin edir, həm də ixrac potensialını gündən-günə artırır. Bu sahədə innovasiyaların tətbiqi də diqqət mərkəzindədir. Ölkə Prezidenti 2019-cu il yanvarın 24-də Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun açılışında Elektron Kənd Təsərrüfatı layihəsinin təqdimatını müsbət qiymətləndirərək bir daha qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var və hazırda bu sahədə islahatlar uğurla davam etdirilir”, - S.İsmayılov vurğulayıb.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2% azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir: “Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subartezian quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan verib”. 

Son xəbərlər

Orphus sistemi