İstehlakçıların hüquqlarının müdafiəsinə ictimai nəzarət gücləndirilir

İstehlakçıların hüquqlarının müdafiəsinə ictimai nəzarət gücləndirilir “İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib
ASK
15 Mart , 2021 14:47
İstehlakçıların hüquqlarının müdafiəsinə ictimai nəzarət gücləndirilir

Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində videokonfrans formatında “İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda tədbir keçirilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi siyasətin prioritet istiqamətlərdən olduğunu vurğulayıb, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini, istehlak bazarında mütəmadi monitorinqlərin aparıldığını, keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşmalar aşkar edilmiş mallar üzərində nəzarətin daha da gücləndirildiyini, maarifləndirmə işlərini diqqətə çatdırıb.

Qeyd edilib ki, istehlak bazarında istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimad vacib amillərdəndir. Sahibkarlıq subyektləri normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş vəzifələrinə məsuliyyətlə yanaşmalı, istehlakçılara keyfiyyətli, təhlükəsiz mal, iş və xidmətlər əldə etməyə imkan yaratmalı, istehlakçıların hüquqlarının müdafiəsinə hörmətlə yanaşmalıdırlar. Görüşdə həmçinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində ictimai nəzarətin, istehlakçı fəallığının artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Dövlət qurumlarının, ictimai təşkilatların və sahibkarlıq subyektlərinin nümayəndələri çıxış edərək istehlakçı hüquqlarının qorunması istiqamətində son illər istehlak bazarında mal və xidmətlərin keyfiyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu istiqamətdə təkliflərini səsləndiriblər.

Tədbirdə istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın əhəmiyyəti qeyd edilib, istehlakçı hüquqlarının daha effektiv qorunması barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi