İşğaldan azad edilmiş 78 min hektarda əkin aparılıb

İşğaldan azad edilmiş 78 min hektarda əkin aparılıb Azərbaycanın Milli Ordusunun nəzarətində olan ərazilərdə 147 min hektar torpaq sahəsi var
ASK
9 Mart , 2021 14:23
İşğaldan azad edilmiş 78 min hektarda əkin aparılıb

İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların və çoxillik əkmələrin cari peyk təsvirləri əsasında vektorlaşması aparılıb və Coğrafi İnformasiya Sistemləri bazasına daxil edilərək xəritələşməsi təmin edilib.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Məlumata görə, həmin torpaqlardan səmərəli istifadə edilməsi üçün Azərbaycanın Milli Ordusunun nəzarətində olan ərazilərdə 147 min hektar torpaq sahəsindən 78 min hektar payızlıq əkinlərin aparılması təşkil edilib.

Son xəbərlər

Orphus sistemi