İranlı nazir: “İran şirkətləri Qarabağın bərpasında iştirak edə bilərlər”

İranlı nazir: “İran şirkətləri Qarabağın bərpasında iştirak edə bilərlər” İran şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilərlər.
ASK
11 Mart , 2022 19:24
İranlı nazir: “İran şirkətləri Qarabağın bərpasında iştirak edə bilərlər”
Rüstəm Qasimi

İran şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilərlər.

“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında, Komissiyaın İran tərəfdən həmsədri, qonşu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.

"Biz son bir ayda Azərbaycana 2 dəfə səfər etmişik və həmçinin azad edilmiş ərazilərdə də olmuşuq", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla İran bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edə bilər.

“Bu gün Prezident İlham Əliyevlə görüşdük və gördük ki, onun bütün məsələlər haqqında ətraflı məlumatı var. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 30 % artıb. Amma bizim ölkədə mövcud rəqəmlərdən razı deyillər və tapşırılıb ki, ikitərəfli ticarət həcmi artırılsın. Son 4 ayda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 4 dəfə görüşüm olub. Biz kənd təsərrüfatı sahəsində çox yaxşı əməkdaşlıq edə bilərik. Bu gün enerji sahəsində əməkdaşlığımız var. Elektrik enejisinin İran ərazisindən tranzit keçməklə ixracı mümkündür. Regionda gedən proseslər Şimal-Cənub dəhlizinin inkişafına dəstək verəcək”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi