İran Azərbaycana pomidor ixracını 270 dəfədən çox artırıb

ASK
  • 27 may, 2022
  • 11:15
İran Azərbaycana pomidor ixracını 270 dəfədən çox artırıb

Azərbaycan bu ilin yanvar-mart aylarında xaricə 38,822 milyon ABŞ dolları dəyərində 31 min 763 ton pomidor satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 62,8 % artıb.

Rusiyaya 37,38 milyon ABŞ dolları dəyərində 30 min 989 ton, Belarusa 1,24 milyon ABŞ dolları dəyərində 647,02 ton, Polşaya 148,5 min ABŞ dolları dəyərində 90 ton, Ukraynaya 58,85 min ABŞ dolları dəyərində 35,5 ton (martda tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,11 min ABŞ dolları dəyərində 0,86 ton məhsul göndərilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 84 % və 76,6 % artıb, Belarusa – 3,7 dəfə və 38,5 % artıb, Polşaya – 4,3 dəfə və 2,6 dəfə artıb, Ukraynaya – 32,8 % artıb və 60 % azalıb, BƏƏ-yə - 96 % və 99,2 % azalıb.

Hesabat dövründə Azərbaycana 704,9 min ABŞ dolları dəyərində 666,6 ton pomidor gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 61 % və 18,8 % çoxdur.

Rusiyadan 646,24 min ABŞ dolları dəyərində 562,43 ton, Türkmənistandan 53,88 min ABŞ dolları dəyərində 95,77 ton, İrandan 4,5 min ABŞ dolları dəyərində 8,18 ton, və Türkiyədən 0,28 min ABŞ dolları dəyərində 0,22 ton məhsul idxal edilib.

2021-ci ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2,6 dəfə və 2,5 dəfə artıb, Türkmənistandan – 9,8 dəfə və 5,2 dəfə artıb, İrandan – 225 dəfə və 273 dəfə artıb. Bir il öncə Türkiyədən pomidor alınmayıb.