İran Azərbaycana kərə yağı ixracını 50 dəfədən çox artırıb
- 20 mart, 2022
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 5,777 mln ABŞ dolları dəyərində 1 min 036,84 ton kərə yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 8,8 % artıb, kəmiyyət olaraq – 2,1 % azalıb.
Azərbaycana Yeni Zelandiyadan 2,582 mln ABŞ dolları dəyərində 443,89 ton, İrandan 933,93 min ABŞ dolları dəyərində 223,04 ton, Ukraynadan 800,88 min ABŞ dolları dəyərində 138,01 ton, Belarusdan 394,02 min ABŞ dolları dəyərində 59,84 ton, Türkiyədən 306,15 min ABŞ dolları dəyərində 56,45 ton məhsul alıb.
2021-ci ilin yanvarı ilə müqayisədə Yeni Zelandiyadan tədarük 13,6 % və 29,3 % azalıb, İrandan – 52 dəfə və 48,4 dəfə artıb, Ukraynadan – 14,6 % və 23,8 % azalıb, Belarusdan – 30,6 % və 46,4 % azalıb, Türkiyədən - 10,2 dəfə və 13 dəfə artıb.
Hesabat dövründə Azərbaycan yalnız Rusiyaya kərə yağı ixrac edib. Bu ölkəyə 194,61 min ABŞ dolları dəyərində 39 ton məhsul tədarük edilib. Ötən ilin yanvarında Azərbaycandan xaricə kərə yağı göndərilməyib.