İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib

İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qobustan və digər rayonlardan olan vətəndaşları qəbul edib.
ASK
31 Mart , 2023 12:41
İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qobustan və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 59 nəfər iştirak edib. Vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi