İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək

İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək Dekabrın 1-də, saat 09:00-da kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASK
28 Noyabr , 2022 10:50
İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək

Dekabrın 1-də, saat 09:00-da kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Son xəbərlər

Orphus sistemi