İnam Kərimov: "İnnovativ aqrobiznes mühitini qoruyub-saxlamaq lazımdır"

İnam Kərimov: "İnnovativ aqrobiznes mühitini qoruyub-saxlamaq lazımdır" "Biz dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər qarşısındayıq. Bu proseslərlə bağlı daim yeni çağırışlar yaranır. Ona görə də bu çağırışlara uyğun olaraq müasir, yeni innovativ aqrobiznes mühitini daim qoruyub
ASK
28 Sentyabr , 2022 15:28
 İnam Kərimov: İnnovativ aqrobiznes mühitini qoruyub-saxlamaq lazımdır
İnam Kərimov

"Biz dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər qarşısındayıq. Bu proseslərlə bağlı daim yeni çağırışlar yaranır. Ona görə də bu çağırışlara uyğun olaraq müasir, yeni innovativ aqrobiznes mühitini daim qoruyub-saxlamaq lazımdır".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

O qeyd edib ki, bu cür ictimai müzakirələr aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirərək beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün, üsul və vasitələri müəyyənləşdirmək üçün çox vacibdir: “Həmçinin aqrobiznesin inkişafında dövlətin müəyyənləşdirdiyi dəstək tədbirləri, güzəştlərin müəyyən edilməsi, bu sahədə məlumatlılığın artırılması istiqamətində bu tədbirlər xüsusi əhəmiyyətə malikdir”. 

Bundan başqa, nazir bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 19-da imzaladığı “Ərzaqlıq buğdanın istehsalının təşviqi ilə bağlı” fərmana əsasən, ərzaqlıq buğdanın əkini sahəsində hibrid subsidiya sisteminin tətbiqi nəzərdə tutulur.

"Fərmanın əsas məqsədi Azərbaycanda müasir suvarma sisteminin təşkil edilməsi və o cümlədən bu suvarma sistemi vasitəsilə ərsəyə gələcək ərzaqlıq buğdanın tədarükündə əlavə məhsul subsidiyasının verilməsidir.  Bu dəstək tədbiri aqrobiznesin inkişafını stimullaşdıracaq və bizim ərzaqlıq buğda ilə təminatımızı daha da yaxşılaşdıracaq", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi