İnam Kərimov: "Azərbaycanın "ağıllı kənd" təcrübəsindən başqa dövlətlərdə də istifadə ediləcək"

İnam Kərimov: "Azərbaycanın "ağıllı kənd" təcrübəsindən başqa dövlətlərdə də istifadə ediləcək" BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) elektron kənd təsərrüfatı və kənd təsərrüfatında rəqəmsal transformasiya sahəsində məhz Azərbaycan təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib.
ASK
6 May , 2022 12:24
 İnam Kərimov: Azərbaycanın ağıllı kənd təcrübəsindən başqa dövlətlərdə də istifadə ediləcək
İnam Kərimov

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) elektron kənd təsərrüfatı və kənd təsərrüfatında rəqəmsal transformasiya sahəsində məhz Azərbaycan təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

"Çox sevindirici haldır ki, FAO bu sahədə dünyada mövcud olan ən yaşxı təcrübələri bölüşür və bu üzrə əməkdaşlıq edir.

FAO-nun digər təşəbbüslərindən biri məhz "ağıllı kənd" təşşəbüsüdür. Bu təşəbbüsün də digər dövlətlərdə icra edilməsi üçün Azərbaycanın "ağıllı kənd" təcrübəsindən də istifadə ediləcək", - nazir bildirib.

Onun sözlərinə görə, son günlər əsas layihələrdən biri FAO-nun təşəbbüsü ilə kənd təsərrüfarı sahəsində müasirləşmə və rəqəmsal transformasiya tədbirlərinin müəyyən edilməsi və üzv dövlətlərdə bu layihənin həyata keçirilməsinə dəstək olub.

Son xəbərlər

Orphus sistemi