İki ölkədən Azərbaycana qurudulmuş gavalı idxalı bərpa edilib

ASK
  • 01 dekabr, 2022
  • 09:54
İki ölkədən Azərbaycana qurudulmuş gavalı idxalı bərpa edilib

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 600,71 min ABŞ dolları dəyərində 257 ton qurudulmuş qara gavalı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14 % çoxdur, kəmiyyət olaraq – 1,5 % azdır.

Moldovadan 280,76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,8 % çoxdur) 80,96 ton (-1,2 %), İrandan 175,1 min ABŞ dolları dəyərində (-10 %) 117,5 ton (-8,7 %), Özbəkistandan 119,76 min ABŞ dolları dəyərində (+56 %) 52,81 ton (+49,3 %), Türkiyədən 8,4 min ABŞ dolları dəyərində (-34 %) 2,63 ton (-54,6 %), Argentinadan 5,76 min ABŞ dolları dəyərində (-39,5 %) 0,98 ton (-58,5 %) məhsul alınıb.

Bir il 8 aylıq fasilənin ardından Çilidən, 1 il 3 aylıq aradan sonra Serbiyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 3,99 min ABŞ dolları dəyərində 1,04 ton və 0,48 min ABŞ dolları dəyərində 0,06 ton gavalı gətirilib.

Hesabat dövründə Azərbaycandan (bir əvvəl də olduğu kimi ancaq Rusiyaya) 33,2 min ABŞ dolları dəyərində (+81 dəfə) 18,5 ton (+68,3 dəfə) qurudulmuş qara gavalı ixrac edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti