Bakı. 27 yanvar. REPORT.AZ/ İstanbulda 4-cü Arıçılıq və arı məhsulları Festivalı keçiriləcək.
"Report" "Haberler"ə istinadən xəbər verir ki, bu haqda İstanbul Bal İstehsalçıları Birliyi bildirib.
Məlumata əsasən, tədbirə Türkiyənin hər yerindən, eləcə də Azərbycan, İran, İraq, Yunanıstan və Bolqarıstandan da arıçılar dəvət edilib.
Festival yanvarın 31-dən fevralın 1-dək İstanbulda Feshane Beynəlxalq Sərgi və Mədəniyyət Mərkəzində keçiriləcək.
Birliyin sədri Yalçın Sezər deyib ki, festivalda balla yanaşı, propolis, arı zəhəri, polen kimi arı məhsullarının da təqdimatı keçiriləcək.