İsmayıllı və Göyçayın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

İsmayıllı və Göyçayın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb Bakı. 21 sentyabr. REPORT.AZ/ İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.
ASK
21 Sentyabr , 2018 10:29
İsmayıllı və Göyçayın diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verir. 

Görülən tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların salamatlığının qorunmasına xidmət edir. 

Dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.

İsmayıllı və Göyçay rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi