İranın kənd təsərrüfatı naziri Azərbaycana gələcək

İranın kənd təsərrüfatı naziri Azərbaycana gələcək Bakıda Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulub
ASK
12 May , 2016 14:10
İranın kənd təsərrüfatı naziri Azərbaycana gələcək

Bakı. 12 may. REPORT.AZ/ İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyəti və aqrar sahə üzrə özəl sektoru təmsil edən bir qrup iranlı iş adamlarının mayın 15-17-də Azərbaycana səfəri nəzərdə tutulub. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, M.Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda Kənd Təsərrüfatı Nazirliyində geniş tərkibdə görüşü, ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirə olunması, həmçinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, səfər çərçivəsində Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən İran iş adamlarının iştirakı ilə birgə biznes-forum keçiriləcək və Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu səviyyəsində müzakirələr aparılacaq. Həmçinin, nümayəndə heyətinin digər nazirlik və qurumlarda da görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi