​İqtisadiyyat və Sənaye Nazirliyi prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

​İqtisadiyyat və Sənaye Nazirliyi prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır İqtisadiyyat və Sənaye Nazirliyi Gəncə şəhərində prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
ASK
3 Sentyabr , 2014 11:21
​İqtisadiyyat və Sənaye Nazirliyi prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Bakı. 3 sentyabr. REPORT.AZ / İqtisadiyyat və Sənaye Nazirliyi Gəncə şəhərində prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənyae nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il avqustun 29-da Gəncə şəhərində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirərək layihələrin qəbuluna başlayır.

Belə ki, ixtisaslaşdırılmış yaşıl market, müasir logistik mərkəzinin, müasir istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Son xəbərlər

Orphus sistemi