İnam Kərimov : “Kartofun məhsuldarlığı gözləndiyindən çoxdur”

İnam Kərimov : “Kartofun məhsuldarlığı gözləndiyindən çoxdur” Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycanda kartofun məhsuldarlığı gözlənildiyindən daha çoxdur.
ASK
17 Sentyabr , 2018 16:45
İnam Kərimov : “Kartofun məhsuldarlığı gözləndiyindən çoxdur”
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Bu il Azərbaycanda kartofun məhsuldarlığı gözlənildiyindən daha çoxdur". 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 2018/2019-cu tədris ilinin açılış mərasimində iştirak edən zaman jurnalistlərə bildirib. 

“Nazirlər Kabinetinin Azərbaycana daxil olan kartofun idxal rüsumunu qaldırması çox təqdirəlayiq qərardır. Kartofun qiyməti stabil olaraq qalır. Bu qərarın əsəs məqsədi bizim fermerlərimizin mənafeyini qorumaq məqsədi ilə qəbul edilmiş bir qərardır. Bu il azərbaycanda kartof məhsuldarlığı gözləndiyindən də daha çoxdur və bununla yanaşı, bildiyiniz kimi başqa obyektiv səbəblər vardır ki, ölkəyə daha ucuz kartof gələ bilərdi. Ona görə də fermerlərimizin mənafeyini qorumaq üçün belə bir tədbir görülüb və fermerlərimiz də bundan çox razıdırlar", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi