Yuxarı

Azərbaycan içki ixracını 25% azaldıb

Bu il ölkədə yalnız araq istehsalı artıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 21,1 mln. ABŞ dolları həcmində spirtli və spirtsiz içkilər ixrac olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, illik müqayisədə 25,04% azalma qeydə alınıb. Spirtli və spirtsiz içki ixracı ölkə üzrə cəmi ixracın 0,22%-ni təşkil edib.

Rəsmi statistikaya əsasən, cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin emal sənayesində 174,8 mln. manatlıq içki istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda pivə istehsalı 16,1% azalaraq 4,0 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 11,3% azalaraq 22,5 mln.dkl, şampan şərabı istehsalı 56,7% azalaraq 2,9 min dkl, araq istehsalı 9,6% artaraq 583,8 min dkl, üzüm şərabı 13,1% azalaraq 731,9 min dkl təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi