Heydər Əliyev prospektində aparılan təmir işlərinin əsas hissəsi axşam başa çatacaq

Heydər Əliyev prospektində aparılan təmir işlərinin əsas hissəsi axşam başa çatacaq Dövlət yol təsərrüfatı orqanı bunun üçün bütün qüvvələrini səfərbər edib
ASK
10 Aprel , 2015 17:16
Heydər Əliyev prospektində aparılan təmir işlərinin əsas hissəsi axşam başa çatacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün əraziyə çoxlu sayda işçi qüvvəsi və texnikası cəlb olunub. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata görə, artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir.

Qeyd edək ki, təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdi. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda, ay ərzində həmin ərazidən 1 mln.-dan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alaraq asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.

Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstuksiyası və s. işlər həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi