Gürcüstan ötən ay orqanik gübrənin 71 %-ni Azərbaycandan alıb

ASK
  • 20 fevral, 2024
  • 11:04
Gürcüstan ötən ay orqanik gübrənin 71 %-ni Azərbaycandan alıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 34,6 min ABŞ dolları dəyərində 288 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 40 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən 5 ölkə arasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 80,6 min ABŞ dolları dəyərində 404 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 21 % və 17 % azdır.

Ötən ay Gürcüstan Türkiyədən 13,8 min ABŞ dolları dəyərində 44 ton, İtaliyadan 13,2 min ABŞ dolları dəyərində 5 ton, Rusiyadan 11,3 min ABŞ dolları dəyərində 66 ton, İsveçrədən 7,7 min ABŞ dolları dəyərində 0,8 ton orqanik gübrə idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.