Gürcüstanın iqtisadiyyat naziri buğda ehtiyatının tükənməsinə münasibət bildirib

Gürcüstanın iqtisadiyyat naziri buğda ehtiyatının tükənməsinə münasibət bildirib “Gürcüstanda kifayət qədər un ehtiyatı var və əhalinin qida təhlükəsizliyi baxımından problem yoxdur”.
ASK
16 May , 2022 15:44
Gürcüstanın iqtisadiyyat naziri buğda ehtiyatının tükənməsinə münasibət bildirib
Levan Davitaşvili

“Gürcüstanda kifayət qədər un ehtiyatı var və əhalinin qida təhlükəsizliyi baxımından problem yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, hökumət üçün əsas məsələ çörəyin qiymətinin hamı üçün əlçatan olmasıdır: “Qiymət artımı nə hökumətin, nə də ictimaiyyətin marağındadır. Un idxalına süni problemlər yaratmaq yolverilməzdir”.

Gürcüstanda müəyyən buğda ehtiyatının da olduğunu qeyd edən nazir hazırda ölkədə çörəyin bahalaşması üçün heç bir zəminin olmadığını bildirib.

Son aylar un idxal etdiyindən Gürcüstanın buğda ehtiyatı tükənmək üzrədir. Dəyirmanlar artıq fəaliyyətlərini dayandırmalı olurlar. Yaranmış vəziyyət fonunda bəzi çörək istehsalçıları qiymətləri qaldırıb.

Son xəbərlər

Orphus sistemi