Gürcüstan ötən il ixrac etdiyi mal ətinin 62 %-ni Azərbaycana satıb

ASK
  • 23 yanvar, 2024
  • 13:12
Gürcüstan ötən il ixrac etdiyi mal ətinin 62 %-ni Azərbaycana satıb

2023-cü ildə Gürcüstan Azərbaycana 2,6 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan əti (dondurulmuş) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 30 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın mal əti ixrac etdiyi 4 ölkə sırasında 1-ci yerdə qərarlaşıb və qonşu ölkənin mal əti ixracının 62 %-i onun payına düşür.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 4,21 milyon ABŞ dolları dəyərində mal əti satıb ki, bu da bir il əvvəlki göstəricidən 0,5 % azdır.

Ötən il Gürcüstandan Ermənistana 1,1 milyon ABŞ dolları dəyərində, Özbəkistana 436 min ABŞ dolları dəyərində və Birləşmiş Ərəb Əmirliklərinə 111 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 4,2 milyon ABŞ dolları dəyərində mal əti ixrac edib ki, bunun da 3,7 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti