Gürcüstan Azərbaycandan son 15 ildə rekord dəyərdə pambıq tədarük edib

ASK
  • 23 yanvar, 2024
  • 15:31
Gürcüstan Azərbaycandan son 15 ildə rekord dəyərdə pambıq tədarük edib

2023-cü ildə Gürcüstan Azərbaycandan 693 min ABŞ dolları dəyərində pambıq idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ilin ən yüksək göstəricidir və 2022-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana pambıq tədarük edən 22 ölkə sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 6,51 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bu da bir il əvvəlki göstəricidən 5,3 % çoxdur.

Ötən il Gürcüstan Türkiyədən 3,71 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 820 min ABŞ dolları dəyərində, Çindən 633 min ABŞ dolları dəyərində, Belçikadan 214 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 6,18 milyon ABŞ dolları dəyərində pambıq alıb ki, bunun da 329 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə