Yuxarı

Güclü yağış Göyçayda kənd təsərrüfatına ciddi ziyan vurub - FOTO

Taxılçılıqla məşğul olan fermerlər çətin duruma düşüblər

Bakı. 3 may. REPORT.AZ/ Göyçay rayonuna yağan güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub. "Report"un məlumatına görə, yağış daha çox taxıl zəmilərini yararsız hala salıb və məhsul itkisinə səbəb olub. Güclü yağış nəticəsində əsasən rayonun Qaraməryəm, Yekəxana, Qarayazı, Şahsoltanlı, Qarabaqqal və Bığır kəndlərində olan taxil zəmilərinə ziyan dəyib.

Fermer Cümşüd Məhiyev "Report"a bildirib ki, yaz aylarında havaların normadan artıq rutubətli olması dənli və tumlu bitkilər üçün ziyanlı hesab edilir: "Son günlər küləklə müşahidə olunan güclü yağış səbəbindən Göyçay rayonunda taxılçılıqla məşğul olan fermerlər çətin durumla üzləşiblər. Bu aylarda yağan yağış taxıl zəmilərinə ciddi ziyan vurur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi