Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək

Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək Bakı. 27 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC mineral gübrənin növbəti səyyar satışını martın 1-də Göyçay rayonunun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçirəcək.
ASK
27 Fevral , 2019 17:16
Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/  Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC mineral gübrənin növbəti səyyar satışını martın 1-də Göyçay rayonunun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçirəcək.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, səyyar satışdan bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də yararlana biləcəklər.

Qeyd edilib ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. 

Səyyar satış barədə ətraflı məlumat almaq üçün (050) 381 73 38 nömrəli telefonla (Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov) əlaqə saxlamaq olar.

Son xəbərlər

Orphus sistemi