Yuxarı

Gəncədə fermerlərə lizinqlə kənd təsərrüfatı texnikası verilib

Texnika Gəncə Avtomobil Zavodunda istehsal olunub

Bakı. 20 aprel. REPORT.AZ/ “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında növbəlilik prinsipinə uyğun olaraq lizinq yolu ilə fermer və sahibkarlara yeni texnika təqdim olunub. "Aqrolizinq"dən "Report"a daxil olan xəbərə görə, tədbirdə bütün regionlardan olan 33 hüquqi və fiziki şəxs iştirak edib. 

“Aqrolizinq” ASC-nin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Gəncə Avtomobil Zavodunun istehsalı olan 38 ədəd MTZ markalı traktor və 14 ədəd kotan fermer və sahibkarlara təqdim olunub. 

Lizinqə verilən kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında “Aqrolizinq”in aidiyyəti struktur bölmələri və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınıb və texniki sənədlərlə birlikdə fermer və sahibkarlara təqdim edilib.

Tədbirdə həmçinin 1 Qarabağ müharibəsi veteranına və 2 şəhid ailəsinə lizinqə verilən yeni traktorlar növbədənkənar olaraq təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi