​Fransa Azərbaycanla ət və süd istehsalı təşkil etmək istəyir

​Fransa Azərbaycanla ət və süd istehsalı təşkil etmək istəyir Fransa gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafı üçün Azərbaycana sənəd layihəsini təqdim edib
ASK
17 Aprel , 2015 16:56
​Fransa Azərbaycanla ət və süd istehsalı təşkil etmək istəyir

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan üzrə məsul regional kənd təsərrüfatı müşaviri Nikolya Perrəni ilə görüşüb.

"Report" xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Nazir müavini son dövrdə ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

S.Talıbov ölkədə aqrar sahədə baş verən köklü dəyişikliklər, xüsusilə elektron kənd təsərrüfatı sisteminin qurulması, toxum fondunun yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı barədə ətraflı məlumat verib, pendir və yağ istehsalı, süni mayalama sahələrində əməkdaşlığın proiritet sahə olduğunu bildirib.

N.Perrəni Fransanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübədən istifadə olunduğunu, ölkəsinin şərabçılıq, ət, süd istehsalı, fitosanitariya, baytarlıq sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirə olunmaq məqsədilə protokolu təqdim edib və hər iki ölkə arasında bu əlaqələrin daha genişlənməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi