Yuxarı

​"Forbes" jurnalı dünyanın ən varlı idmançısının adını açıqlayıb

Bu, ilinə 105 milyon dollar qazanan amerikalı boksçu Floyd Meyvezerdir

Bakı. 7 noyabr. REPORT.AZ/ Nüfuzlu "Forbes" jurnalı 2014-cü ilin ən zəngin idmançılarının reytinq cədvəlini açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, siyahıda ilk pilləni ilinə 105 milyon dollar qazanan amerikalı boksçu Floyd Meyvezer tutub.

Məlumata görə, Meyvezer il ərzində müvafiq olaraq Saul Alvares və Markos Maydanaya qarşı iki döyüş keçirib. Amerikalı idmançı "Showtime" telekanalı ilə bağladığı müqaviləyə əsasən, bu döyüşlərin hər birinə görə 32 mln. dollar alıb.

Reytinqin ikinci pilləsində 80 mln. dollarla Madridin "Real" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. Onun gəlirlərinin 28 mln dolları reklamdan əldə olunub.

Siyahıda üçüncü yer planetin ən yaxşı basketbol ustası Lebron Ceymsə məxsusdur. O, il ərzində 72 mln. dollardan artıq pul qazanıb. İdmançı bu məbləğin 12 milyon dollarını əmək haqqı kimi alıb.

İlk beşlikdə Lionel Messi və Kobi Brayantın da adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi