Şərabçılıq və şərabla bağlı irs Azərbaycanın təklif etdiyi ən güclü dəyərlərdəndir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit "Azərbaycanda şərab turizminin perspektivləri" mövzusuna həsr olunmuş konfransda deyib.
O qeyd edib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 1 milyon 723,6 min nəfər gəlib: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur”.
F. Zenqstşmit deyib ki, Azərbaycan əhalisi resursların və xidmətlərin təkmilləşdirilməsinə diqqət yetirir.