​"Fitch" agentliyi: “Azərbaycanda neft sektorundan asılılıq bank aktivlərinin keyfiyyəti və mənfəətliliyinə mənfi təsir göstərir"

​"Fitch" agentliyi: “Azərbaycanda neft sektorundan asılılıq bank aktivlərinin keyfiyyəti və mənfəətliliyinə mənfi təsir göstərir" Bank aktivlərinin keyfiyyətində əsas risk pərakəndə kreditləşməsinin artımı ilə bağlıdır
ASK
28 Avqust , 2014 16:30
​Fitch agentliyi: “Azərbaycanda neft sektorundan asılılıq bank aktivlərinin keyfiyyəti və mənfəətliliyinə mənfi təsir göstərir

Bakı. 28 avqust. REPORT.AZ/ “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatında neft sektorundan asılılıq amilinin bank aktivlərinin keyfiyyəti və mənfəətliliyinə mənfi təsir göstərdiyini bildirir. “Report”un məlumatına görə, bu barədə Agentliyin Azərbaycanın bank sektoru ilə bağlı hazırladığı hesabatda deyilir.

Sənədə əsasən, özəl banklarda müştərilərin kredit ödəmə qabiliyyəti (credit metrics) sabitdir. Sabitlik neftin qiyməti və dövlət xərclərinin yüksək olması fonunda iqtisadiyyatın ümumi müsbət göstəriciləri ilə dəstəklənir.

“Bank sektorunda aktivlərin keyfiyyətinə və gəlirliliyinə Azərbaycan iqtisadiyyatının struktur baxımından zəifliyi mənfi təsir göstərə bilər. Aktivlərin keyfiyyətində əsas risk pərakəndə kreditlərin artımı ilə bağlıdır. Uzunmüddətli korporativ kreditləşmə də xüsusi narahatlıq doğurur - onun çoxu layihə maliyyələşməsi və tikinti sahəsinə aiddir. Nəticədə, hələlik bu kreditlərin keyfiyyəti zamanın sınağından çıxmayıb”, - deyə hesabatda bildirilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, kreditlərin gec qayıtması bankların likvidlik riskini artırır. Biznesin miqyası az olduğu, kreditləşmə sürətlə artdığı, zəif mənfəət üzündən banklarda kapital çatışmazlığı var. Pərakəndə kreditləşmə, mikro, kiçik və orta kreditləşmə ilə məşğul olan banklarda mənfəətlilik daha yüksəkdir.

Bununla yanaşı qeyd olunur ki, bu ilin ilk yarısında Azərbaycandakı 44 bankın ümumi kredit qoyuluşu 16,755 mlrd. manata (illik artım - 21,6%) çatıb. İstehlak kreditləşməsinin həcmi daha çox - 31% artıb. Bankların portfelində istehlak kreditləşməsinin payı 40,7% və ya 6,820 mlrd. manat (+3 faiz bəndi) olub. Vaxtı keçmiş kreditlər isə 5,24% (877,6 mln. manat) paya malikdir və son bir ildə həcmi 12,2% artıb.

Son xəbərlər

Orphus sistemi