Firdovsi Fikrətzadə: "Türkiyə məhsulları Azərbaycan üzərindən MDB ölkələrinə ixrac edə bilər"

ASK
  • 28 fevral, 2023
  • 14:59
Firdovsi Fikrətzadə: Türkiyə məhsulları Azərbaycan üzərindən MDB ölkələrinə ixrac edə bilər

Azərbaycan məhsullarını Türkiyə üzərindən Avropaya ixrac edə, Türkiyə isə məhsullarını Azərbaycan ərazisindən MDB ölkələrinə ixrac edə bilər.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Azərbaycan Aqrobiznes Forumu çərçivəsində təşkil edilən “Kənd təsərrüfatında Türkiyə - Azərbaycan: baxış və əlaqələr” panelində çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində məhsulların ixracı istiqamətində oxşarlıq var: “Bizim ixrac etiyimiz aqrar məhsulları Türkiyə də edir”.

F.Fikrətzadə deyib ki, Türkiyə dünyanın bir nömrəli fındıq ixracatçısıdır: “Azərbaycan isə bu siyahıda dördüncüdür. Əvvəllər biz dünyaya fındığı Türkiyə üzərindən ixrac edirdik, yəni Türkiyə şirkətləri fındığı bizdən alıb Avropaya tədarük edirdi. Bununla da bizim Avropaya çıxış təcrübəmiz yarandı. Hazırda isə biz Avropaya iki məhsul ixrac edə bilirik, həmin məhsullardan biri fındıq, digəri isə nar şirəsidir".

Mərkəzin direktoru bildirib ki, bu gün Türkiyədən Azərbaycana kənd təsərrüfatı və qida məhsullarının idxalının dəyəri 312 milyon ABŞ dolları həcmindədir, Azərbaycanın Türkiyəyə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti