Azərbaycanlı fermerlər aqrar sıgorta ödənişini onlayn alacaq

Azərbaycanlı fermerlər aqrar sıgorta ödənişini onlayn alacaq Azərbaycanlı fermerlər aqrar sıgorta ödənişini onlayn alacaq
ASK
414
29 İyul , 2020 14:36
Azərbaycanlı fermerlər aqrar sıgorta ödənişini onlayn alacaq

"Ötən həftə Baş Nazir Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsini təsdiqlədi. Bu sistemin köməyi ilə aqrar sığorta almaq üçün bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək".

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, nazirliyin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər Fonda onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər: “Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq. Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər Fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik”.

Xatırladaq ki, ötən il avqustun 19-da Prezident İlham Əliyev Azərbaycanda Aqrar Sığorta haqqında qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Aqrar Sığorta Fondunun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə bu rəqəm müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.

Son xəbərlər

Orphus sistemi