Fumiqasiya Mərkəzi 2 milyon kubmetrə yaxın istehsal və saxlanma yerləri zərərsizləşdirib

Fumiqasiya Mərkəzi 2 milyon kubmetrə yaxın istehsal və saxlanma yerləri zərərsizləşdirib Bu il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən 40 393,90 ton dənli, dənli-paxlalı, yemlər, 146 980,49 ton texniki yük, 254 590,84 kubmetr meşə materialı,1 893 688 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
ASK
26 Sentyabr , 2019 11:53
Fumiqasiya Mərkəzi 2 milyon kubmetrə yaxın istehsal və saxlanma yerləri zərərsizləşdirib

Bu il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən 40 393,90 ton dənli, dənli-paxlalı, yemlər, 146 980,49 ton texniki yük, 254 590,84 kubmetr meşə materialı,1 893 688 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.

“Report”un məlumatına görə, bunu bu gün AXA-da keçirilən “Fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransında Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov bildirib.

Onun sözlərinə görə, təhlükəli zərərverici olan Aralıq dənizi meyvə milçəyi müşahidələrinin aparılması məqsədi ilə Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucuları quraşdırılıb, monitorinqlər aparılmış və sirayətlənmə halları müşahidə edilməyib.

O qeyd edib ki, hazırda siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə start verilib: “Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci və ikinci nəslinə qarşı 9755 ha-da bioloji mübarizə tədbirləri həyata keçirilib.

A.İbrahimov vurğulayıb ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri ilə bağlı rayonlar kifayət qədər kimyəvi preparatlarla təmin olunub.

Son xəbərlər

Orphus sistemi