FAO rəsmisi: "Müasir həyat tərzi bitkilər üçün təhlükə yaradır"

FAO rəsmisi: "Müasir həyat tərzi bitkilər üçün təhlükə yaradır" Müasir həyat tərzi bitkilər üçün təhlükə yaradır.
ASK
21 May , 2024 11:38
FAO rəsmisi: Müasir həyat tərzi bitkilər üçün təhlükə yaradır

Müasir həyat tərzi bitkilər üçün təhlükə yaradır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

Onun sözlərinə görə, beynəlxalq səyahətlərin və ticarətin artması bitki zərərvericilərinin və xəstəliklərinin bir ölkədən digərinə yayılmasına səbəb olub: "İndi geniş şəkildə qəbul edilir ki, zərərvericilər biomüxtəlifliyin itməsinə səbəb olan və planetimizi saxlayan incə həyat şəbəkəsini təhdid edən əsas amillərdən biridir".

O qeyd edib ki, bu tədbir bitki sağlamlığının qorunmasına diqqət yetiriliməsi, yaşıl kənd təsərrüfatı təcrübələrinin təşviq edilməsi, qlobal ərzaq təhlükəsizliyini və biomüxtəlifliyi gücləndirmək üçün milli bitki sağlamlığı institutları, eləcə də regional və beynəlxalq təşkilatlar üçün mühüm görüş nöqtəsi olacaq.

"Bitkilər həyatımızın əsasıdır", - deyə FAO rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi