FAO: Ərzaq qiymətləri 7 ilin ən yüksək həddinə çatıb

FAO: Ərzaq qiymətləri 7 ilin ən yüksək həddinə çatıb Mart ayında dünya bazarında ərzağın qiymət indeksi 2,1 faiz artaraq 118,5 bəndə çatarq 2014-cü ilin iyun ayından bu yana ən yüksək həddə çatıb
ASK
117
8 Aprel , 2021 14:45
FAO: Ərzaq qiymətləri 7 ilin ən yüksək həddinə çatıb

Mart ayında dünya bazarında ərzağın qiymət indeksi 2,1 faiz artaraq 118,5 bəndə çatarq 2014-cü ilin iyun ayından bu yana ən yüksək həddə çatıb.

“Report” BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən xəbər verir ki, bu artımın daha çox bitki yağları, ət, ağartı məhsullarının qiymət indeksinin xeyli artmasından irəli gəlir, dənli bitkilər və şəkərin isə qiymət indeksi azalıb. Belə ki, dənli bitkilərin indeksi son 8 ayda ilk dəfə olaraq mart ayında 1,7 faiz azalaraq 123,6 bəndə geriləsə də, ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz çoxdur.

Şəkərin indeksi də 4 faiz azalaraq 96,2 bəndə geriləyib. Əvvəlki iki ay ərzində bu indeks artırdı. Bitki yağlarının indeksi 8 faiz artaraq 2011-ci ilin iyun ayından bu yana ən yüksək hədd olan 159,2 bəndə, ağartı indeksi 3,9 faiz artaraq 117,4 bəndə, ət indeksi də 2,3 faiz artaraq 98,9 bəndə yüksəlib. Ağartı indeksi 10 aydır dalbadal artaraq ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox olub. Ətin indeksi də 6 aydır artmağa davam edir.

Son xəbərlər

Orphus sistemi