FAO-Azərbaycan Tərəfdaşliq Proqramı Rəhbər Komitəsinin görüşü keçirilib

FAO-Azərbaycan Tərəfdaşliq Proqramı Rəhbər Komitəsinin görüşü keçirilib Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyində FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) Rəhbər Komitəsinin ikinci görüşü keçirilib.
ASK
26 Dekabr , 2017 16:49
FAO-Azərbaycan Tərəfdaşliq Proqramı Rəhbər Komitəsinin görüşü keçirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyində FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) Rəhbər Komitəsinin ikinci görüşü keçirilib.

Bu barədə “Report”a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Görüşün məqsədi FATP çərçivəsində layihə təkliflərinin qiymətləndirilməsi olub. Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərləri, həmçinin Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər və Maliyyə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi görüşdə FATP çərçivəsində təqdim olunan layihələr müzakirə olunub.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib, gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir müavini FAO-nun təklif etdiyi layihələrin Nazirlik tərəfindən birgə müzakirə edilməklə həyata keçirildiyini diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyi heyvandalığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, həmçinin “Azərbaycanın yüksək və alçaq dağlıq əraziləri üçün dayanıqlı qoyunçuluq istehsalı strategiyalarının hazırlanması” layihələri barədə məlumat verib və bu layihələrin heyvandarlığın inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması Layihəsi" barədə məlumat verərək ölkədə bu sahənin inkişafı üçün potensial imkanların olduğunu nəzərə çatdırıb.

Görüşdə hər bir layihə ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak FAO ilə Azərbaycan arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi