FAO 3 rayonda kənd yerlərinə dəstək layihəsi həyata keçirmək istəyir

FAO 3 rayonda kənd yerlərinə dəstək layihəsi həyata keçirmək istəyir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Bərdə, Tərtər və Ağdam rayonlarında kənd yerlərinin dəstəklənməsi ilə bağlı layihə həyata keçirmək istəyir.
ASK
14 Aprel , 2022 19:02
FAO 3 rayonda kənd yerlərinə dəstək layihəsi həyata keçirmək istəyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Bərdə, Tərtər və Ağdam rayonlarında kənd yerlərinin dəstəklənməsi ilə bağlı layihə həyata keçirmək istəyir.

Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, 4-5 illik layihənin büdcəsi 6 milyon ABŞ dolları olacaq və onu Avropa İttifaqının maliyyələşdirməsi gözlənilir.

“Layihə çərçivəsində 3 rayonda dəyər zənciri dəstəklənəcək. O cümlədən meyvəçilik və tərəvəzçilik sahələrində dəyər zəncirinin yaradılması, fermerlərə dəstək göstərilməsi, onlara bizneslərini inkişaf etdirmək üçün qrant ayrılması nəzərdə tutulub. Layihə suvarma sahəsini də əhatə edəcək", - deyə FAO rəsmisi qeyd edib.

"İcra edilən layihələrin kənd təsərrüfatında dayanıqlılığı, məhsuldarlığı artıran qida sistemlərinin transformasiyasını təmin edən işlər olmasını hədəfləyirik. Kiçik vəsaitlə də çox böyük və dayanıqlı işlər görmək, texniki problemləri həll etmək mümkündür", - deyə M.Çakmak əlavə edib.

Son xəbərlər

Orphus sistemi