Yuxarı

“Ərzaq məhsullarının tədarükü və təchizatı” kotirovka sorğusu keçirir

Təkliflər fevralın 14-nə qədər təqdim edilməlidir

Bakı. 10 fevral. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC meyvə anbarında plastik konstruksiyadan yığılacaq otağın və polietilen paketlərin alınması üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, təkliflər fevralın 14-nə qədər Cəmiyyətin mərkəzi aparatınmda (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 57 ünvanda) qəbul ediləcək. Telefon: 050-251-75-10;

Xatırladaq ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ötən il yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi