“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə 10 milyon manat ayrılıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə 10 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
ASK
30 Sentyabr , 2016 19:08
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə 10 milyon manat ayrılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib. 

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Maliyyə Nazirliyi bu fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi