DVX: "Aqrar sahədə yeni vergi stimullaşdırılması mexanizmi tətbiq olunacaq"
- 06 noyabr, 2026
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kənd təsərrüfatı üçün yeni vergi stimullaşdırılması mexanizmi tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və iqtisadi səmərəliliyi DVX və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir: "Aparılan təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib. Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının gücləndirilməsində və gəlirliliyinin artırılmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında yeni vergi stimullaşdırılması mexanizminin tətbiqi üçün imkanların formalaşdığını göstərir".