DSK-nın sədri FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri ilə görüşüb

DSK-nın sədri FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri ilə görüşüb Görüşdə tərəflər arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə inam ifadə olunub, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib
ASK
4 Oktyabr , 2017 09:56
DSK-nın sədri FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri ilə görüşüb
Stat.gov.az

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, görüşdə əsas məqsəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrlə bağlı statistika sahəsində potensialın artırılması istiqamətində texniki əməkdaşlığa dair məsələlərin müzakirə edilməsi olub.

T.Budaqov Azərbaycanda kənd təsərrüfatının inkişafına, eyni zamanda ərzaq və qida təhlükəsizliyinə böyük önəm verildiyini, bu sahədə son illərdə mühüm qərarların qəbul edildiyini diqqətinə çatdırıb. Bütün sahələrdə dayanıqlı inkişafın təmin olunmasında informasiya təminatının təkmilləşdirilməsinin zəruriliyinə toxunan komitə sədri “2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində gündəlik”dən irəli gələn məsələlərlə bağlı yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə statistik məlumatların işlənilməsində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr, statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı görülən işlər, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlər barədə qonağa ətraflı məlumat verib.

M.Çakmak isə Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı sahələrində böyük potensiala malik olduğunu və son illər ərzində burada mühüm nailiyyətlərin əldə olduğunu deyib. Onun sözlərinə görə, DSK-nın nümayəndələri mütəmadi olaraq FAO-nun dəstəyi ilə təşkil olunan seminar-müşavirələrdə fəal iştirak edir, FAO-nun tərtib etdiyi “Ərzaqdan istifadə”yə dair sorğu cədvəlləri, eləcə də kənd təsərrüfatının müxtəlif sahələri üzrə məlumatlar mütəmadi olaraq təqdim edilir.

Görüşdə DSK ilə FAO arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə inam ifadə olunub, gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi