Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyası əməkdaşlıq edəcək

Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyası əməkdaşlıq edəcək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun rəhbərliyi ilə Azərbaycan Toxumçular Assosiasiyasının üzvləri arasında görüş keçirilib.
ASK
17 dekabr 2019 14:08
Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyası əməkdaşlıq edəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun rəhbərliyi ilə Azərbaycan Toxumçular Assosiasiyasının üzvləri arasında görüş keçirilib.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, görüşdə Fondun sədri Emin Əliyev, Satış və biznesin inkişafı şöbəsinin müdiri Mədinə Əliyeva, İnzibati idarəetmə şöbəsinin müdiri Akif Əkbər, eləcə də Assosiasiyanın sədri Afər Hacıyev, sədr müavini Zaur Əliyev, sədrin müşaviri Ehtiram Nağıyev istirak edib.

Görüşdə çıxış edən E.Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, toxum emal zavodları, “ToxumArt” layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib. A.Hacıyev isə bildirib ki, respublikamızda toxumçuluğun inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə geniş perspektivlərə yol açacaq.

Görüşün sonunda ölkədə toxuma olan ehtiyacın müəyyənləşdirilməsi, toxumçuluq sahəsində konfrans və sərgilərin keçirilməsi, “ToxumArt” layihəsi çərçivəsində sertifikatlı toxumların topdan və pərakəndə satışının birgə təşkilini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

Orphus sistemi