Dövlət Toxum Fondu tender keçirir

Dövlət Toxum Fondu tender keçirir Fond günəbaxan bitkiləri toxumu emal edən fabrikdə avadanlıqlar quraşdırmaq istəyir
ASK
1 Mart , 2017 10:36
Dövlət Toxum Fondu tender keçirir

Bakı. 1 mart. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu 3-5 ton/saat dənli, 1-2 ton/saat günəbaxan bitkiləri toxumu emal edən fabrikdə avadanlıqların quraşdırılması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır. 

İddiaçılar ilkin sənədləri martın 17-nə qədər, tender təklifi və bank zəmanətini isə aprelin 6-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 ünvanına təqdim etməlidirlər. 

Təkliflərə aprelin 7-si, saat 11:00-da qeyd olunan ünvanda baxıllacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi