Yuxarı
    Bağlamaq

    Dövlət Toxum Fondu elan etdiyi tenderin müddətini uzadıb

    Fond sənədlərin qəbulunu ayın sonunadək qəbul edəcək

    Bakı. 24 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunun toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması ilə əlaqədar aprel ayında elan etdiyi tenderin müddəti uzadılıb.

    "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tenderin ilkin sənədlərinin qəbulu 31 may saat 17:00-a, təkliflərin son təqdimat tarixi 8 iyun saat 17:00-a, zərflərin açılışı isə 9 iyun saat 11:00-dək uzadılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi