Yuxarı

​Dövlət Fitosanitar Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçib

Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala, Yevlax-Beyləqan, Şirvan-Kürdəmir bölgələri üzrə qərargahlar yaradılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət Fitosanitar Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçib. Xidmətdən "Report"a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müvafiq əmri ilə ölkə ərazisində 2015-2016-cı illərdə xüsusi təhlükəli zərərli orqanizmlərə (siçanabənzər gəmiricilər və taxıl böcəyi ) qarşı kompleks mübarizə tədbirlərini gücləndirmək və bu tədbirlərin səmərəli həyata keçirilməsində yerli qurumlara, fermerlərə əməli köməklik göstərmək məqsədi ilə Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala, Yevlax-Beyləqan, Şirvan-Kürdəmir bölgələri üzrə qərargahlar yaradılıb.

Məlumatda Siçanabənzər gəmiricilər kütləvi artıb, çoxaldığı illərdə kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədir: "Nəzəri olaraq 35 siçan cütlüyü çoxalaraq bir ilin sonunda öz sayını yüz minə çatdıra bilir. Odur ki, onların monitorinqinin aparılması, yayılma arealının və say miqdarının müəyyən edilməsi, aparılacaq mübarizə tədbirlərinin həcminin proqnozlaşdırılması, kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacib şərtlərdəndir.

Dərin şumun aparılması, sahələrin suvarılması, dondurma suyunun verilməsi gəmiricilərin məhv olmasına səbəb olur. Cari ildə siçanabənzər gəmiricilərin say miqdarı iqtisadi ziyanvermə həddindən yüksək olan ərazilərdə mübarizə tədbirləri başa çatmaq üzrədir. Lakin, havaların mülayim keçməsi nəticəsində gəmiricilərin sayı iqtisadi ziyanvermə həddindən az olan sahələrdə də artaraq bu həddi keçə bilər. Bu səbəbdən də Dövlət Xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi