Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri bayram günlərində işləyəcək

Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri bayram günlərində işləyəcək Bu, keyfiyyət yoxlamasının vaxtında həyata keçirilməsi məqsədi daşıyır
ASK
18 Mart , 2017 18:07
Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri bayram günlərində işləyəcək

Bakı. 18 mart. REPORT.AZ/ Novruz Bayramı ilə əlaqədar qeyri-iş günü olmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinə (KTN) tabe olan bir sıra qurumlar işləyəcək. 

Bu barədə “Report”a KTN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, bu, keyfiyyət yoxlamasının vaxtında həyata keçirilməsi məqsədi daşıyır: “Bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər”.

Son xəbərlər

Orphus sistemi